Sayt
Kimin üçündür: Klinika, gözəllik salonu, hüquq bürosu, şirkət, portfolio və CV
15,83 ₼/ ay
ildə 190 ₼ — 2 ay pulsuz
19 ₼/ ay
hər ay ödəniş · illikdə 2 ay pulsuz
- 20 səhifəyə qədər
- 1 GB yer
- Komandada 2 nəfər
- AI köməkçisi: ayda 30 istifadə
Qiymətlər
Qeydiyyat və saytı qurmaq pulsuzdur. Ödəniş yalnız dərc etdiyin sayt üçündür — hər saytın öz tarifi var.
Kimin üçündür: Klinika, gözəllik salonu, hüquq bürosu, şirkət, portfolio və CV
15,83 ₼/ ay
ildə 190 ₼ — 2 ay pulsuz
19 ₼/ ay
hər ay ödəniş · illikdə 2 ay pulsuz
Kimin üçündür: Restoran, kafe, kofeşop, şirniyyat evi və onlayn mağaza
24,17 ₼/ ay
ildə 290 ₼ — 2 ay pulsuz
29 ₼/ ay
hər ay ödəniş · illikdə 2 ay pulsuz
Kimin üçündür: Xəbər portalları və onlayn media
65,83 ₼/ ay
ildə 790 ₼ — 2 ay pulsuz
79 ₼/ ay
hər ay ödəniş · illikdə 2 ay pulsuz
Bağlı beta dövründə dəvətli hesablar saytını pulsuz dərc edir. Pullu dövr başlamazdan ən azı 30 gün əvvəl xəbər veririk. Beta dövründə hər sayt ayda 50 AI sorğusu alır; kartlarda pullu dövrün limitləri göstərilib.
Studiya qiymətləri yerli veb-studiyaların açıq qiymət siyahılarına əsaslanır.
| Göstərici | Studiyada | Gravio ilə |
|---|---|---|
| Qiymət | 150–3 000 ₼ | ayda 19 ₼-dan |
| Müddət | 1–6 həftə | bir axşam |
| Dəyişikliklər | hər düzəliş üçün studiyaya yaz | özün, istənilən vaxt |
Qeydiyyat və saytı qurmaq pulsuzdur, kart istənmir. Saytı dərc edəndə tarifi seçib bank kartını əlavə edirsən — 14 günlük sınaq başlayır və bu müddətdə pul çıxılmır. Sınaq bitməzdən əvvəl email ilə xatırladırıq, ilk ödəniş sınağın sonunda olur. Sınaqda ləğv etsən, heç nə ödəmirsən. Sınaq hər hesaba bir dəfə verilir. Sınaq bitəndə kartdan ödəniş keçməsə, sayt ödəniş edilənə qədər bağlanır. Data silinmir. Hazırda, bağlı beta dövründə, dəvətli hesablar saytını pulsuz dərc edir.
Bəli, paneldə istənilən vaxt. Daha böyük tarifə keçid adətən dərhal qüvvəyə minir: ödənişli dövrdə cari dövrün qalan günləri üçün fərq həmin gün kartdan çıxılır. Ödəniş gecikibsə, keçid növbəti ödəniş tarixindən qüvvəyə minir. Kiçik tarifə keçid və aylıq ilə illik arasında seçim növbəti ödəniş tarixindən qüvvəyə minir; sınaq zamanı isə hər dəyişiklik dərhal. Saytın səhifələri, faylları və ya komandası kiçik tarifin limitlərini keçirsə, həmin tarifə keçmək olmur.
Sayt ödənilmiş dövrün (sınaqdasansa, sınağın) sonuna qədər açıq qalır, sonra qaralamaya qayıdır və ziyarətçilər onu görmür. Kartdan daha pul çıxılmır. Səhifələr, şəkillər və müraciətlər silinmir — istənilən vaxt yenidən dərc edə bilərsən.
Bank kartı ilə, manatla. Kartı saytı dərc edəndə əlavə edirsən; ödəniş seçdiyin dövrə görə ayda və ya ildə bir dəfə avtomatik çıxılır. Kartı paneldə istənilən vaxt dəyişə bilərsən.
Hər uğurlu ödənişdən sonra qəbz email-ə göndərilir və paneldə «Ödənişlər və qəbzlər» bölməsində qalır — oradan çap edə və ya PDF kimi saxlaya bilərsən. Qəbzdə şirkətinin adını göstərə bilərsən. Elektron hesab-faktura (e-qaimə) hələ verilmir.
Qeydiyyat üçün kart tələb olunmur. Bağlı beta dövründə dəvətli hesablar saytını pulsuz dərc edir.