Hüquqi sənəd
Məxfilik siyasəti
1. Biz kimik
Gravio sayt konstruktorudur. Bu siyasətdə məlumatlarınızı necə topladığımız, nə üçün işlədiyimiz, kimə ötürdüyümüz, nə qədər saxladığımız və hüquqlarınızdan necə istifadə edə biləcəyiniz yazılıb.
Fərdi məlumatların mülkiyyətçisi və operatoru ("Fərdi məlumatlar haqqında" Qanun):
- Fərdi sahibkar Orucov Samir Ramazan oğlu, fərdi sahibkar
- VÖEN: 3802005692
- Ünvan: AZ0822, Balakən rayonu, Qullar
- Telefon: +994 77 514 77 70
2. Bu siyasət kimə aiddir
| Siz kimsiniz | Hansı sənəd tətbiq olunur |
|---|---|
| Gravio-da hesabı olan müştəri və ya komanda üzvü | Bu siyasət |
| Gravio-nun öz saytının ziyarətçisi | Bu siyasət |
| Gravio-da qurulmuş müştəri saytının ziyarətçisi, məsələn klinikanın saytında forma doldurmusunuz | Həmin saytın sahibi sizin məlumatlarınızın mülkiyyətçisidir. Sahibin məxfilik qeydinə baxın, onun linki formanın altındadır. Gravio həmin məlumatları sahibin tapşırığı ilə saxlayan və işləyən operatordur (emal qeydi). Sorğunuzu birbaşa sayt sahibinə göndərin. Onunla əlaqə qura bilmirsinizsə, bizə yazın, kömək edərik. |
3. Hansı məlumatları və nə üçün toplayırıq
| Məlumat | Haradan | Nə üçün | Əsas |
|---|---|---|---|
| Email, ad, şifrə (yalnız hash şəklində), telefon nömrəsi, interfeys dili | Qeydiyyatda siz verirsiniz | Hesab yaratmaq, giriş, sizinlə əlaqə, təhlükəsizlik | Müqavilənin icrası, sizin təqdim etdiyiniz məlumat və razılığınız |
| Google hesabı ilə girişdə Google-dan gələn email, ad və Google identifikatoru | "Google ilə daxil ol" funksiyası | Razılığınız (Google ilə girişi siz seçirsiniz) | |
| Şərtlərin və razılıqların qəbulu: sənədin versiyası, vaxt, IP ünvanı, brauzer | Qeydiyyat və panel | Qəbulu sübut etmək | Qanuni tələb |
| Saytlarınızın məzmunu: mətnlər, şəkillər, menyular, yazılar, domenlər, ayarlar | Siz | Saytı qurmaq, saxlamaq və dərc etmək | Müqavilənin icrası |
| Komanda üzvlərinin email ünvanları, rolları, dəvətlər | Siz | Komanda ilə iş | Müqavilənin icrası |
| Abunə, tarif, invoyslar və ödəniş cəhdləri | Sistem | Ödəniş, qəbz, mühasibat | Müqavilə və vergi qanunvericiliyi |
| Kart: provayderin tokeni, son 4 rəqəm, brend, bitmə tarixi, kart sahibinin adı, kartın barmaq izi | Ödəniş provayderi | Avtomatik ödəniş və sınağın bir dəfə verilməsi | Müqavilənin icrası |
| Ləğv səbəbi (istəyə bağlı) | Siz | Xidməti yaxşılaşdırmaq | Razılığınız |
| AI üçün yazdığınız mətn | Siz | Mətn təklif etmək və tərcümə | Müqavilənin icrası və razılığınız (bölmə 5) |
| AI istifadə jurnalı: sayt, tapşırıq, sahə növü, token sayı, status. Mətn saxlanmır | Sistem | Limitlər və xərclərə nəzarət | Müqavilənin icrası |
| Telegram chat identifikatoru (botu qoşsanız) | Telegram | Müraciətləri Telegram-a göndərmək | Razılığınız |
| Dəstək yazışmaları (email, WhatsApp, Telegram, saytda çat) | Siz | Suallarınıza cavab | Razılığınız və müqavilə |
| Beta müraciəti (mesajınız) | Siz | Betaya qəbul | Razılığınız |
| Texniki məlumat: sessiya, IP ünvanı (sorğu limitləri və təhlükəsizlik üçün, müvəqqəti), brauzer | Brauzeriniz | Giriş, təhlükəsizlik, sui-istifadənin qarşısını almaq | Müqavilənin icrası və qanuni tələblər |
| Admin əməliyyatlarının jurnalı, o cümlədən "müştəri kimi daxil ol" | Sistem | Təhlükəsizlik və nəzarət | Qanunun audit jurnalı tələbi |
Yalnız bu məqsədlər üçün lazım olan məlumatları toplayırıq. Məlumatlarınızı satmırıq və reklam üçün istifadə etmirik.
4. Müştəri saytlarının ziyarətçiləri barədə məlumatlar
Saytınızın formaları ilə göndərilən məlumatları (ad, telefon, email, mesaj, digər sahələr) sizin tapşırığınızla saxlayır və sizə çatdırırıq: paneldə, email ilə və istəsəniz Telegram ilə. Bu məlumatları öz məqsədlərimiz üçün istifadə etmirik. Spamın qarşısını almaq üçün göndərənin IP ünvanından və brauzer məlumatından gündəlik dəyişən açarla bir tərəfli hash yaradırıq. IP ünvanı və brauzer məlumatı saxlanmır və açar 2 gündən sonra silinir. Ətraflı: emal qeydi.
5. AI köməkçisi
- "AI ilə yaz", "Təkmilləşdir" və ya "Tərcümə et" düyməsinə basanda yazdığınız mətn, lazım olduqda sahənin kontekstı (məsələn, yeməyin adı), saytın adı, şablonun növü, sahənin növü və dil Google LLC-yə (Gemini API) göndərilir.
- Email, şifrə və ödəniş məlumatları göndərilmir.
- Biz sorğunun və cavabın mətnini saxlamırıq.
- Google-un pulsuz tarifi: Google mətni öz məhsulları üçün istifadə edə və əməkdaşları oxuya bilər. AI üçün fərdi məlumat yazmayın.
- AI üçün yazdığınız mətnə başqalarının fərdi məlumatlarını (adlar, telefonlar, səhhət və s.) daxil etməyin.
6. Statistika: cookie və izləyici olmadan
Müştəri saytlarında öz statistikamızı istifadə edirik.
- Cookie, localStorage və ya cihazda saxlanan başqa identifikator istifadə olunmur.
- Saxlanılan: səhifə, vaxt, mənbə növü (Google, Instagram, birbaşa və s.) və cihaz növü (telefon, planşet, kompüter).
- Ziyarətçiləri saymaq üçün IP ünvanı və brauzer məlumatından hər gün dəyişən gizli açarla bir tərəfli hash hesablanır. IP ünvanı və brauzer məlumatı ayrıca saxlanmır. Açar 2 gündən sonra silinir, ondan sonra hash heç kimə bağlana bilmir.
- Ölkə və şəhər müəyyən edilmir.
- Brauzerdə "Do Not Track" və ya "Global Privacy Control" açıqdırsa, heç nə göndərilmir.
- Xam qeydlər 90 gün saxlanılır. Gündəlik cəmlər, yəni anonim saylar, sayt silinənə qədər qalır.
- Üçüncü tərəf analitika xidməti (Google Analytics və s.) istifadə etmirik. Sayt sahibi öz saytına belə xidmət qoşarsa, buna görə sahib cavabdehdir.
7. Ödəniş
Kartla ödənişi lisenziyalı ödəniş provayderi emal edir.
Kartın tam nömrəsi, CVV kodu və 3D Secure məlumatları bizim serverlərə gəlmir. Biz yalnız provayderin verdiyi tokeni və bölmə 3-dəki məlumatları saxlayırıq.
8. Məlumatları kimə ötürürük
Məlumatları yalnız xidməti göstərmək üçün lazım olan həcmdə, aşağıdakı xidmət təchizatçılarına (sub-prosessorlara) ötürürük. Onlar məlumatları bizim tapşırığımızla işləyir.
| Təchizatçı | Nə edir | Hansı məlumat | Ölkə |
|---|---|---|---|
| Contabo GmbH | Server, verilənlər bazası, ehtiyat nüsxələr | Bütün məlumatlar | Almaniya |
| Google LLC: Gemini API | AI köməkçisi | AI üçün yazdığınız mətn | ABŞ və digər ölkələr |
| Google LLC: Google ilə giriş | Giriş | Email, ad, Google ID | ABŞ və digər ölkələr |
| Telegram (istəyə bağlı) | Müraciətləri sahibə Telegram-da göndərmək | Müraciətin məzmunu, chat ID | BƏƏ və digər ölkələr |
| Unsplash Inc. | Şablonların nümunə şəkilləri (paneldə və nümunə şəkilləri saxlayan saytlarda) | IP ünvanı, brauzer | ABŞ |
| tawk.to, Inc. (yalnız Gravio-nun öz saytında) | Canlı çat | Çatda yazdıqlarınız, IP, brauzer, cookie | ABŞ |
Məlumatları başqa şəxslərə yalnız bu hallarda veririk:
- qanun tələb etdikdə (məhkəmə, səlahiyyətli dövlət orqanları, Milli CERT);
- həyatınızı və sağlamlığınızı qorumaq lazım olduqda;
- sizin razılığınızla.
9. Xaricə ötürmə
Bölmə 8-dəki bəzi təchizatçılar Azərbaycandan kənardadır. Ona görə məlumatlarınız xaricə ötürülür. Qeydiyyat zamanı bu ötürməyə ayrıca razılıq verirsiniz ("Fərdi məlumatlar haqqında" Qanunun 14-cü maddəsi). Razılığın siyahısı bölmə 8-dəki cədvəldir. Təchizatçıları müqavilə və təhlükəsizlik tədbirləri ilə məhdudlaşdırırıq. Razılığı geri götürə bilərsiniz (bölmə 16). Bu halda xidmətin bəzi hissələri, məsələn AI köməkçisi, və ya xidmətin özü işləməyə bilər.
10. Nə qədər saxlayırıq
| Məlumat | Müddət |
|---|---|
| Hesab məlumatları | Hesab mövcud olduğu müddətdə. Silmə tələbindən 30 gün sonra silinir (bölmə 17). |
| Saytların məzmunu | Saytı silənə qədər. Ləğv edilmiş və dayandırılmış saytlar saxlanılır. Arxivdə və ya bağlı 12 ay qalan sayt silinir; 30 gün əvvəl email ilə xəbər veririk. |
| Silinmiş saytın şəkilləri | 30 gün zibil qutusunda, sonra həmişəlik silinir |
| Form müraciətləri | Sayt sahibi silənə və ya sayt silinənə qədər. Spam kimi işarələnənlər 30 gün |
| Statistika: xam qeydlər | 90 gün |
| Statistika: gündəlik cəmlər (anonim) | Sayt silinənə qədər |
| Statistika və spam üçün gündəlik açarlar | 2 gün |
| İnvoyslar və ödəniş qeydləri | Hesab mövcud olduqca saxlanılır (paneldə görünür). Sayt silinəndə invoyslar hesabda qalır, alıcının adı və email-i ilə, hesab silinənə qədər. Hesab silinəndən sonra adsız şəkildə 5 il saxlanılır, sonra silinir. |
| Kart tokeni | Kartı silənə qədər. Silinmiş kartın tokeni silinəndən 30 gün sonra bizim sistemdən silinir. |
| Şərtlərin və razılıqların qəbulu | Hesab silinənə qədər. Hesabın invoysları qalırsa, onlarla birlikdə silinir. |
| Sınaq üçün kartın barmaq izi | Hesab silinənə qədər |
| Beta müraciəti | Baxılandan sonra 12 ay |
| AI istifadə jurnalı (mətnsiz) | Hesab silinənə qədər; sonra adsız statistika kimi qalır |
| Sessiya (giriş) | Son aktivlikdən 30 gün |
| Fon tapşırıqlarının qeydləri | Uğurlu olanlar 7 gün, uğursuzlar 30 gün |
| Admin audit jurnalı | Dəyişdirilmir, müddətsiz saxlanılır. Orada hesabın email-i qala bilər. |
| Ehtiyat nüsxələr | 30 gün |
| Dəstək yazışmaları | Məsələ həll olunandan 12 ay sonra silinir |
Saxlanma müddəti bitəndə məlumatları silirik və ya anonimləşdiririk.
11. Cookie bildirişi
11.1. Gravio-nun saytı və panel
Yalnız xidmətin işləməsi üçün zəruri cookie-lər istifadə edirik:
| Ad | Nə üçün | Müddət |
|---|---|---|
| pf.sid | Girişi və sessiyanı saxlayır, formaları saxta sorğulardan (CSRF) qoruyur | Son aktivlikdən 30 gün |
| pf_lang | Seçdiyiniz dili yadda saxlayır | 1 il |
Bu cookie-lər olmadan giriş işləmir, ona görə onlar üçün razılıq soruşmuruq. Reklam və izləmə cookie-ləri istifadə etmirik.
Şriftlər öz serverimizdən yüklənir. Səhifə açılanda IP ünvanınız Google-a getmir.
Paneldə şablonların nümunə şəkilləri images.unsplash.com-dan (ABŞ) yüklənir, bu zaman IP ünvanınız Unsplash-a gedir. Saytınızda nümunə şəkilləri öz yüklədiyiniz şəkillərlə əvəz edə bilərsiniz.
Canlı çat (Tawk.to). Gravio-nun saytındakı çatı tawk.to işlədir. Çat yalnız siz çat düyməsinə basdıqdan sonra yüklənir. Ondan əvvəl tawk.to-ya heç bir sorğu getmir. Çat açılandan sonra tawk.to öz cookie-lərini qoyur və məlumatları ABŞ-da işləyir. Çat öz şriftlərini Google Fonts-dan yükləyə bilər; onda brauzeriniz IP ünvanınızı Google-a da göndərir. Tawk.to-nun siyasəti: tawk.to/privacy-policy.
11.2. Gravio-da qurulmuş saytlar
- Gravio müştəri saytlarında heç bir cookie qoymur. Statistika cookie-siz işləyir (bölmə 6).
- Sayt sahibi səhifəyə vidjet (YouTube, Vimeo, Google Maps, OpenStreetMap, Instagram, Facebook, TikTok, Spotify, SoundCloud, Google Forms) əlavə edərsə, həmin xidmət öz cookie-lərini qoya bilər. YouTube "youtube-nocookie.com" rejimində yüklənir.
- Sayt nümunə şəkilləri saxlayırsa, onlar images.unsplash.com-dan (ABŞ) yüklənir və ziyarətçinin IP ünvanı Unsplash-a gedir. Unsplash cookie qoymur.
- Vidjetlərə və onların cookie-lərinə görə sayt sahibi cavabdehdir.
11.3. Cookie-ləri necə idarə etmək olar
Cookie-ləri brauzerin ayarlarından silə və ya bloklaya bilərsiniz. pf.sid bloklansa, panelə daxil ola bilməyəcəksiniz.
12. Məlumatları necə qoruyuruq
- Bütün əlaqə HTTPS ilə şifrələnir.
- Şifrələr yalnız hash şəklində saxlanır.
- Hər müştərinin datası verilənlər bazası səviyyəsində ayrılır (row-level security).
- Admin girişi məhduddur, əməliyyatları jurnala yazılır.
- Gündəlik ehtiyat nüsxələr alınır.
- Formalarda spama qarşı qoruma və sorğu limitləri var.
- Müştəri saytları paneldən ayrı domendə işləyir.
- Fərdi məlumatlarla işləyən şəxslər məxfilik barədə yazılı öhdəlik verir.
Sızma baş verərsə, qanunun tələb etdiyi qurumlara və sizə 72 saat ərzində xəbər veririk.
İnformasiya sistemimizin uyğunluq sertifikatı və dövlət ekspertizası yoxdur.
13. Hüquqlarınız
"Fərdi məlumatlar haqqında" Qanuna görə sizin bu hüquqlarınız var:
- məlumatlarınızın bizdə olub-olmadığını, onları kimin işlədiyini bilmək;
- işləmənin məqsədini, hüquqi əsasını, müddətini və kimlərin çıxışı olduğunu bilmək;
- məlumatlarınızla tanış olmaq və onların mənbəyini öyrənmək;
- səhv məlumatın düzəldilməsini tələb etmək;
- qanunla saxlanması tələb olunanlar istisna olmaqla, məlumatların məhv edilməsini tələb etmək;
- işləməyə qadağa qoyulmasını tələb etmək və ona etiraz etmək. Etirazı əsaslandırmaq lazım deyil;
- razılığınızı geri götürmək;
- mühafizəni tələb etmək;
- müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək və zərərin ödənilməsini tələb etmək.
Necə müraciət etməli.
- Bir çox şeyi paneldə özünüz edə bilərsiniz: profilə düzəliş, müraciətləri, saytları və kartı silmək, hesabı silmək.
- Qanun rəsmi sorğunu yazılı ərizə və şəxsiyyət sənədi ilə və ya gücləndirilmiş elektron imzalı elektron sorğu ilə qəbul edir. Kimliyinizi təsdiqləmək üçün bunu tələb edə bilərik.
- Kağız ərizə üçün ünvan: AZ0822, Balakən rayonu, Qullar.
- Cavab ödənişsizdir və 7 iş günü ərzində verilir. Üçüncü şəxsə müraciət etmək lazım olsa, müddət daha 7 iş günü uzana bilər. İmtina etsək, səbəbini 5 iş günü ərzində yazırıq.
14. Uşaqlar
Gravio 18 yaşdan yuxarı şəxslər üçündür. Uşaqlardan bilə-bilə məlumat toplamırıq.
15. Email-lər
Xidmətlə bağlı email-ləri (hesab, təhlükəsizlik, ödəniş, sınaq, müraciətlər) müqavilə üzrə göndəririk. Reklam email-i göndərmirik.
16. Razılıq
Qeydiyyat zamanı iki məcburi qutunu işarələyirsiniz:
- İstifadə şərtlərini və bu Məxfilik siyasətini qəbul edirsiniz;
- məlumatlarınızın bölmə 8-dəki təchizatçılara, o cümlədən xaricə ötürülməsinə razılıq verirsiniz ("Fərdi məlumatlar haqqında" Qanunun 14.3-cü maddəsi).
Google ilə qeydiyyatdan keçəndə və ya sənədin yeni versiyası qüvvəyə minəndə eyni qutuları panelə ilk girişdə görürsünüz. Hər qəbul üçün sənədin versiyasını, qəbul vaxtını, IP ünvanını və brauzer məlumatını saxlayırıq.
Hesabı silsəniz, razılıq da geri götürülür (bölmə 17).
17. Hesabın silinməsi
Hesabınızı paneldəki hesab menyusunda Hesabı sil bəndi ilə silə bilərsiniz. Aktiv və ya sınaq abunəsi, ödənişi gecikmiş abunə, beta bitəndə planlaşdırılmış ödəniş və ya həll olunmamış ödəniş varsa, silmək olmur və panel səbəbini göstərir. Dövrün sonunda ləğv edilmiş abunə silməyə mane olmur: hesab silinəndə ödənilmiş qalan günlər də itir. Silmə tələbindən sonra 30 gün ərzində daxil olub silməni ləğv edə bilərsiniz. Sonra hesab, saytlar, şəkillər və müraciətlər silinir, invoyslar isə adsız şəkildə 5 il saxlanılır.
18. Dəyişikliklər
Siyasəti dəyişə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə qüvvəyə minməzdən ən azı 30 gün əvvəl email və panel vasitəsilə xəbər veririk. Köhnə versiyalar: /senedler.
19. Əlaqə
- Fərdi sahibkar Orucov Samir Ramazan oğlu
- VÖEN: 3802005692
- Ünvan: AZ0822, Balakən rayonu, Qullar
- Telefon: +994 77 514 77 70